Tədbir Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 89 illiyinə həsr edilib.
Bu gün Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasından 89 il keçir. Bu münasibətlə şimal rayonlarının giriş qapısı hesab edilən Qusar rayonunda tədbir keçirilib.
MTN-nin Qusar rayon şöbəsinin əməkdaşları rayondakı Heydər Əliyevin abidəsini ziyarət ediblər. Qusar rayon «N» saylı hərbi hissəsinin əsgərləri fəxri qarovulda dayanıblar. Daha sonra tədbir idarənin inzibati binasında davam edib.
Tədbir şöbə rəisi Cabir Məmmədovun məruzəsi ilə davam edib. O bildirib ki, bu günün milli təhlükəsizlik orqanlarının işçilərinin peşə bayramı kimi qeyd edilməsi barədə sərancamı mərhum prezident Heydər Əliyev 1997-ci ildə vermişdi.Elave eden(M.Xudaverdi)
|