Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Bazar günü, 2024-04-28, 13.43MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Mart » 29 » Xəzərdə nərə balığının nəsli tükənir.
Xəzərdə nərə balığının nəsli tükənir.
19.16
 
Rusiya dövləti nərə balığının 5 il ovlanmasının dayandırılmasını təklif edib.

    Rusiya Federasiyası Dövlət Balıqçılıq Komitəsi Xəzərdə nərə balığının ovuna 5 illik moratoriumun qoylumasını təklif edib. Qurumun rəhbəri Andrey Kraynin Moskvada keçirdiyi mətbuat konfransında bu barədə açıqlama verib. O qeyd edib ki, bununla qonşu dövlətlərin büdcəsi çox şey itirməyəcək, əvəzində əldə olunanlar daha çox olacaq. Komitənin ictimaiyyətlə əlaqələr mərkəzinin rəhbəri Aleksandr Sovalyevin sözlərinə görə, Kraynin yaxın vaxtlarda məsələ ilə bağlı xəzəryanı dövlətlərlə danışıqlar aparılmasının planlaşdırıldığını deyib.

    «O bunu digər xəzəryanı ölkələrdən olan həmkarlarının növbəti görüşündə təklif edəcək. Bu görüşlər mütəmadi olaraq keçirilir. Nərə balığının ehtiyyatlarının tükənməsi ilə əlaqədar yaranmış acınacaqlı vəziyyət bunu diqtə edir. Son on ildə amansızcasına brokonyerlər tərəfindən ovlandığından bu balıq növünün ehtiyyatı tükənib. Biz hesab edirik ki, qonşu ölkələr də bizim bu təklifimizi anlaşma ilə qarşılayacaq. Digər ölkələr də başa düşməlidirlər ki, nərə balıqlarının kökü kəsilmək üzrədir», - deyə Aleksandr Sovalyev əlavə edib.

    «Rusiyanın balıqçılıq komitəsinin gəldiyi bu qənaət Azərbaycan üçün yeni deyil». Bunu ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov ANS-ə müsahibəsində deyib. O qeyd edib ki, Xəzərdə nərə balığının sayının azalmasından narahat olan Azərbaycan bu təklifi çoxdan edib. Lakin dəfələrlə irəli sürülən təklif çox vaxt Rusiya tərəfindən qəbul edilməyib. Hüseyn Bağırov indiyə qədər nərə balığının ovlanmasına məhdudiyyət qoyulması ilə razılaşmayan Rusiya tərəfinin mövqeyinin anlaşılmadığını bildirib.Elave eden(M.Xudaverdi)
Category: Azərbaycan | Views: 722 | Added by: psiko_turanci | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024