Turnirdə Azərbaycan, Rusiya, Gürcüstan və İranın 18 və 23 yaşadək yığma komandaları mübarizə aparıblar.
Mingəçevir şəhərində start götürən beynəlxalq "Prezident kuboku" reqatasında akademik qayıqlarda avarçəkmə yarışlarına yekun vurulub. Azərbaycan Milli Avarçəkmə Federasiyasından ANS PRESS-ə verilən məlumata görə, turnirdə Azərbaycan, Rusiya, Gürcüstan və İranın 18 və 23 yaşadək yığma komandaları mübarizə aparıblar. 2000 metr məsafəni qət etmək uğrunda mübarizədə Azərbaycan avarçəkənləri müxtəlif kateqoriyalarda 2 qızıl, 6 gümüş, 5 bürünc medal qazanıblar. Həmin idmançılar aşağıdakılardır:
1 nəfərlik qayıqlar - U-18 II yer. Cavid Əfəndiyev - 8.43 dəq
U-23 (yüngül çəki) I yer. Cavid Əfəndiyev - 7.51 dəq II yer. Toğrul Qurbanzadə - 8.04 dəq III yer. Kamal Məmmədov - 8.20 dəq
2 nəfərlik qayıqlar
U-18 III yer. Aleksandr Jdanov - Rəşid Mustafin - 7.41 dəq.
U-18 (təkavarlı) II yer. Timur Kutseba - Aleksandr Qlotov - 8.00 dəq. III yer. Kamran Yusubov - Fərman Əliyev - 8.12 dəq.
U-23 (təkavarlı) II yer. Kamran Yusubov - Fərman Əliyev - 8.52 dəq. III yer. Timur Kutseba - Aleksandr Qlotov - 9.33 dəq.
U-23 (ağır çəkidə) II yer. Dostməmməd Dostməmmədov - Aqil Əhmədov - 7.08 dəq.
U-23 (yüngül çəkidə) I yer. Fikrət Məmmədov - Kamal Məmmədov - 8.03 dəq. II yer. Aleksandr Jdanov - Rəşid Mustafin - 8.10 dəq. III yer. Cavid Əfəndiyev - Xəyal Zülfüqarov - 8.13 dəq.
Ümumi komanda hesabında Azərbaycanın 23 yaşadək yığma komandası II yerı tutub. Bu kateqoriyada Rusiya millisi I olub. 18 yaşadək yığmamız III yerlə kifayətlənib. I yerı isə Gürcüstan tutub.elave eden(M.Xudaverdi)
|