Komandanın tərkibində Aidə Ələsgərova, Sevil və Sevinc Bünyatova, Elmira Xudaverdiyeva və başqaları var.
5-14 aprel tarixlərində qılıncoynatma üzrə yığma komandamız 10 nəfər tərkibdə Dünya Çempionatında iştirak etmək üçün İtaliyanın Acireal şəhərinə ezam olunacaqlar. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın verdiyi məlumata görə, komandanın tərkibində Azərbaycan çempionları və Beynəlxalq turnirlərin qalibi Aidə Ələsgərova, Sevil Bünyatova, Sevinc Bünyatova, Elmira Xudaverdiyeva və digər idmançılar Namiq Ağarəhimov, Yusif Bahadırov və Murad Əliyev var. İdmançılarla birgə bu yarışlara baş məşqçi Yaşar Məmmədov, məşqçi Rövşən Məmmədov və hakim Fikrət Vəliyev də yollanacaqlar.
|