Vaşinqtonda tarixi abidələrin qorunması üzrə nəzarət şurası qondarma "erməni soyqırımı" üçün muzey tikintisini bəyənib.
Vaşinqtonda tarixi abidələrin qorunması üzrə nəzarət şurası Vaşinqtonda qondarma "erməni soyqırımı" üçün muzey tikintisini bəyənib. Bu barədə PanARMENİAN.Net məlumat verib. Şuranın sədri Terş Bosberq muzeyin yerləşəcəyi Vaşinqtonun Milli Bankının tarixi binasında yerləşməsinə razılıq verib.
Xatırladaq ki, avqustun 31-i muzey binalarının layihələndirilməsi və tikintisində ixtisaslaşan firmalarla müqavilə imzalamışdı. Bunun üçün iki firma seçilib: Gallagher & Associates və Martinez & Johnson Architecture. Bu firmalar ABŞ-da oxşar tipli bir sıra binalar inşa ediblər. Xatirə kompleksinin Ağ evin yaxınlığında inşa olunacağı planlaşdırılır./
|