Con Daniloviç Koçaryana göndərdiyi məktubda ölkədaxili siyasi vəziyyəti sabitləşdirməyə çağırıb.
Ermənistan «Minilliyin çağırışı» proqramından kənarda qala bilər. «Minilliyin çağırışı» korporasiyasının prezidenti Con Daniloviç Ermənistan prezidenti Robert Koçaryana göndərdiyi məktubda ölkədaxili siyasi vəziyyəti sabitləşdirməyə çağırıb.
Korporasiya rəhbəri bildirib ki, bu vəziyyət davam edərsə, proqramın Ermənistanda icrası dayandırıla bilər. «Hesab edirəm ki, Ermənistan hakimiyyəti ölkədəki siyasi şəraiti ilkin vəziyyətə gətirməlidir. Bununla yanaşı yeni seçilmiş prezident Serj Sarkisyan ölkədə demokratiyanın inkişafı üçün tədbirlər görməlidir»,- deyə Daniloviç vurğulayıb.
|