Bəyanatda Azərbaycan və Türkiyəyə qarşı təhdidlərlə bağlı tədbirlrin görülməsi tələb olunur.
Bu gündən sonra Türk və Azərbaycan Diaspor Təşkilatlarının Əlaqələndirmə Şurasının fəaliyyətini qurumun nəzdində yaradılmış katiblik yönləndirəcək. Bu qərar Azərbaycan və Türk Diaspor Təşkilatlarının Əlaqələndirmə Şurasının Berlində keçirilən ilk toplantısında qəbul olunub. Bu haqda ANS -ə məlumat verən Prezident Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov həmçinin toplantıda Azərbaycan və Türk Diaspor Təşkilatlarının birgə bəyanatının qəbul olunduğunu da bildirib.
Bəyanatda müasir dünyadakı proseslərin fonunda Azərbaycan və Türkiyənin beynəlxalq hüquq normalarına söykənən milli haqları və onlara qarşı olan bəzi təhdidlər qeyd olunmaqla yanaşı, beynəlxalq ictimaiyyət və müxtəlif təşkilatlardan tədbirlrin görülməsi xahiş olunur.
|