Vəsaitin 450 milyon dolları Azərbaycanda dəmir-yolu infrastukturunun yaxşılaşdırılması üçün nəzərdə tutulub.
Dünya Bankının direktorlar şurası Azərbaycan hökumətinə 476 milyon dollar məbləğində kredit ayrılması barədə qərar qəbul edib. Qurumdan “İnterfaks-Azərbaycan" agentliyinə verilən məlumata görə, həmin vəsaitin əsas hissəsi - yəni 450 milyon dolları Azərbaycanda dəmir-yolu infrastukturunun yaxşılaşdırılması üçün nəzərdə tutulub. Qalan 26 milyon dollar isə, kənd investisiyaları layihəsinə və maliyyə hesabatlarında beynəlxalq standartların qəbul edilməsinə yönəldiləcək. redaktor: (M.Xudaverdi)
|