Rusiya ilə ABŞ-ı ayıran Berinq boğazının altından qazılması planlaşdırılan 103 kilometrlik tunelin tikintisi 5-6 ildə başa çatacaq.
Rusiyalı iş adamı, İngiltərənin “Çelsi” futbol komandasının sahibi olan milyarder Roman Abramoviç təxminən 142 milyon manata dünyanın ən böyük tunel qazma maşınını satın alıb. Abramoviçin satın aldığı 17,5 metr diametrli nəhəng maşın Rusiya ilə ABŞ arasındakı Bering boğazında tunel qazmaq üçün istifadə ediləcək. “World Link” adlı bu layihə həyata keçərsə, İstanbuldan Nyu-Yorka qatarla getmək mümkün olacaq.
|