Qızılın və neftin qiyməti isə artır.
Dünyanın valyuta birjalarında dolların ucuzlaşması davam edir. Ötən günün sonuna olan vəziyyətə görə, 1 avro 1,58 dollara qədər bahalaşıb. Dolların ucuzlaşması fonunda qızılın və neftin qiyməti artıb. Birjalarla qiymətli metalın 1 unsiyası və ya 31 qramı 952 dollara, neftin 1 bareli və ya 159 litri isə 106 dollar 87 sentə satılıb. Analitiklər dolların bundan sonra da ucuzlaşacağını proqnozlaşdırır.
|