Bəzi dağlıq və dağətəyi rayonlarda yağıntıların leysan xarakterli olacağı gözlənilir.
Bu gündən ölkə ərazisini cənginə alan şimal küləyinin gətirdiyi siklon güclü yağışla müşayiət olunacaq. Bəzi rayonlarda üsə ümümüyyətlə bu gecə leysan yağacağı gözlənilir. Bu barəcə Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev məlumat verib.
O bildirib ki, Axşam qərb rayonlarından başlayaraq respublika ərazisində hava şəraiti qeyri-sabit keçəcək: «Yağış yağacağı, bəzi dağlıq və dağətəyi rayonlarda yağıntıların leysan xarakterli olacağı gözlənilir. Şimal qərb küləkləri əsəcək, arabir küləyin surəti güclənəcək».
|