Nazir qeyd edib ki, Azərbaycanın peyk proqramında Amerika, Ukrayna və Rusiya müəssisələri də iştirak edir.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Belarus hökumətinə Azərbaycanın kosmik proqramına qoşulmaq təklifini edib. Azərbaycanlı nazir bu təklifi Minskdə Belarusun rabitə və informasiya naziri Nikolay Panteleylə görüşündə bildirib.
Abbasovun sözlərinə görə, Belarus peyk proqramları üzrə böyük təcrübəyə malikdir və aşağı orbital kosmik stansiyaları sahəsində irəlidədir. Əli Abbasov bildirib ki, 2010-cu ildə Azərbaycan öz peykini orbitə buraxmağa hazırlaşır. Nazir həmçinin qeyd edib ki, Azərbaycanın peyk proqramında Amerika, Ukrayna və Rusiya müəssisələri də iştirak edir.
|