Bunu Qafqaz-Xezer komissiyasının hemmeruzeçisi Dennis Sammut beyan edib.
"Ermenistanın qonşuları ile münasibetlerini normallaşdırması Qarabağ münaqişesinin helline kömek edecek. Bu saat Ermenistan üçün tehlükesizlik meselesi çox vacibdir. Tehlükesizliyin en başlıca meselelerinden biri qonşu ölkelerle, xüsusile Azerbaycan ve Türkiye ile münasibetlerin nizama salınmasıdır". Bunu İrevanda olan London Münaqişelerin Nizamlanması İnstitutunun direktoru, Qafqaz-Xezer komissiyasının hemmeruzeçisi Dennis Sammut beyan edib.
O deyib ki, Ermenistanın qonşu ölkekerle münasibetlerini normallaşdırması Dağlıq Qarabağ münaqişesinin helline kömek edecek: "İki ildir eşidirik ki, terefler problemin helline çox yaxınlaşıb, ancaq hele de bir şey yoxdur. Avropa Qarabağ münaqişəsinin dinc yolla həlli üçün səylərini əsirgəməməli və Cənubi Qafqaza diqqəti artırmalıdır". Dennis Sammutun sözlərinə görə, Ermənistan, Azərbaycan və Gürcüstanın Avropa olması məsələsi müzakirə olunmur. Başlıca məsələ onlarin Avropa Birliyinə necə uyğunlaşacağından ibarətdir./
|