Mübahisə “Beta-Tek” adlı Türkiyə tikinti firmasının azərbaycanlı fəhlələrə maaş verməməsindən başlayıb
Sankt-Peterburq şəhərində “Nissan” zavodunun tikintisi zamanı Türkiyə və Azərbaycan vətəndaşları arasında kütləvi davanın qarşısı alınıb. Dünən axşam saat 17.30 radələrində Parqolov küçəsində tikinti meydançasında fəhlələr arasında mübahisə düşüb. Mübahisə “Beta-Tek” adlı Türkiyə tikinti firmasının azərbaycanlı fəhlələrə maaş verməməsindən başlayıb. Türkiyə vətəndaşlarına isə əmək haqqı vaxtlı-vaxtında verilirmiş. Fontanka.ru-nun verdiyi məlumata görə, davada hər tərəfdən 50-yə yaxın adam iştirak edib. Yalnız bir nəfər 41 yaşlı azərbaycalı üz nahiyəsindən xəsarət alıb. Təcili yardım xidmətinin ilkin müayinəsindən sonra həmin şəxs evə buraxılıb.
|