Bakıda peşəkar kikboksçular arasında ilk Azərbaycan çempionatı keçiriləcək
İlk dəfə keçiriləcək yarışda ölkənin ən güclü kikboksçuları yarışacaq
Bakıda peşəkar kikboksçular arasında ilk Azərbaycan çempionatı keçiriləcək. Azərbaycan Kikboksinq və Muay-Tay Federasiyasının prezidenti Adil Əliyevin verdiyi məlumata görə, martın 30-da ilk dəfə keçiriləcək yarışda ölkənin ən güclü kikboksçuları yarışacaq. Bundan başqa, həmin gün idmansevərlər Azərbaycan kikboksçusu Eduard Məmmədovun qitələrarası çempion kəmərinin müdafiəsi uğrunda ispaniyalı Oskar Ruadla döyüşünü də izləyə biləcəklər. Növbəti maraqlı görüş isə Azərbaycan idmançısı Hafiz Baxşəliyevlə rusiyalı Aleksandr Vikulov arasında Avropa çempionu titulu uğrunda keçiriləcək. /ANSPRESS/
|