Alimlər hesab edirlər ki, qısaboy kişilər əsasən çox qısqanc olurlar.
İspaniya və Hollandiya tədqiqatçıları 549 kişi və qadını sorğu-sual edərək, onların nə qədər qısqanc olduqlarını və hansı keyfiyyətlərinin onları daha narahat etməsini xəbər alıblar.
Kişilər daha çox cazibədar, varlı və güclü rəqiblərinin yanında əsəbi olduqlarını desələr də, daha ucaboylular müqayisədə xeyli az əsəbi olurlar.
Nyu Sayentist jurnalına əsasən, qadınlar rəqiblərinin gözəlliyinə paxıllıq edirlər. Amma ən az paxılları ortaboylulardır.
Hesabatda deyilir ki, ucaboylu kişilər özlərini cazibədar hesab elədiklərindən, o qədər də qısqanc olmurlar.
|