|
Our poll |
Forum Yenidən İstifadəyə verilsinmi ?
Tam səslər: 23
|
Cəmi online: 1 Qonaq: 1 İstifadəçi: 0
|
|
Çərşənbə, 2025-01-15, 23.33 | |
|
Qeribler.com |
Welcome Qonaq | RSS |
Main » 2008 » Mart » 24 » BİR-BİRİ İLƏ BAĞLI ÜÇ YUBİLEY .
BİR-BİRİ İLƏ BAĞLI ÜÇ YUBİLEY . | 10.47 |
Cümhuriyyətin 90, xalq hərəkatının 20, Əbülfəz Elçibəyin 70 illiyinə dair tədbirlər hazırlanır .2008-ci il seçkilərilə yanaşı, həm də yubileylər ilidir. Azərbaycan Xalq Cümhuriyyətinin 90, Əbülfəz Elçibəyin 70, xalq hərəkatının isə 20 illik ildönümləri məhz 2008-ə təsadüf edir. Bəs görəsən xalq cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin və xalq hərəkatının lideri Əbülfəz Elçibəyin ideyalarının əsas davamçıları olan Müsavat Partiyası ilə Klassik Xalq Cəbhəsi Partiyası yubileyləri necə keçirəcəklər? Müsavat başqanının müavini Mehman Cavadoğlu xatırlatdı ki, təmsil olunduğu partiyanın Məclisinin bu yubileylərlə bağlı xüsusi qərarı var: “Qəbul olunmuş tədbirlər proqramı çərçivəsində bir müddət əvvəl Beynəlxalq Mətbuat Mərkəzində Xalq Cümhuriyyətinin 90 illiyi ilə bağlı dəyirmi masa keçirmişik. Cümhuriyyətin, onun qurucularının, Əbülfəz Elçibəyin xatirəsinin əbədiləşdirilməsi üçün hökumətə təkliflər təqdim etmişik. Müsavat Partiyası hələ ötən il 2008-ci ili Cümhuriyyət ili elan edib. Tədbirlər seriyası ilin sonuna qədər davam edəcək. Diqqəti bir məqama çəkmək istərdim ki, Xalq Cümhuriyyəti, Xalq Hərəkatı və Əbülfəz Elçibəyin yubileyləri bir-biri ilə səsləşir. Ona görə də birinə həsr edilən tədbir digər ikisinə də həsr olunmuş tədbir kimi də qiymətləndirilə bilər”. KXCP təşkilat şöbəsinin müdiri Xəzər Teyyublu bildirdi ki, partiyanın Ali Məclisinin 2007-ci ilin mayında keçirilən iclasında 2008-ci ilin Əbülfəz Elçibəy ili olması barədə qərar verilib. Qərarda 2008-ci il ərzində Əbülfəz Elçibəyin 70 illiyi ilə bağlı silsilə tədbirlər keçirilməsi əksini tapır: “Həmçinin bu əlamətdar yubileylər münasibətilə tədbirlər keçirilməsi KXCP-nin bu il üçün fəaliyyət istiqamətləri proqramına daxil edilib. Yaxın vaxtlarda partiyanın Ali Məclisinin toplantısı keçiriləcək və qeyd etdiyim yubileylər münasibətilə keçirilməli olan tədirlərin vaxtı müəyyən olunacaq”.
|
Category: Siyasət |
Views: 719 |
Added by: Pervion
| Rating: 0.0/0 |
|
| |