Müğənni Rəqsanə mayda dünyaya gələcək qızına Adilə adını verəcək. Bu barədə o, “Kaspi” qəzetinə açıqlamasında bildirib. “Düzdür, uşağın atası çox istəyirdi ki, oğlumuz olsun. Amma buna baxmayaraq mən xoşbəxtəm ki, ikinci qızım dünyaya gələcək. Və mən belə qərara gəlmişəm ki, anamın xahişi ilə qızıma onun adını verim: Adilə”,-deyə Rəqsanə bildirib. Yeri gəlmişkən, müğənni onu da bildirib ki, uşağı dünyaya gətirəndən sonra sifətində bir neçə plastik əməliyyat keçirəcək.
RƏQSANƏNİN ANASI VƏ BACISININ MƏHKƏMƏSİ YENƏ TƏXİRƏ SALINDI Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə müğənni Rəqsanə İsmayılovanın anası Adilə Həsənova və bacısı Ellada İsmayılovanın cinayət işi üzrə bu günə təyin olunmuş məhkəmə prosesi təxirə salınıb. APA-nın məlumatına görə, buna səbəb A. Həsənovanın şəkərinin yüksəlməsi və həkimin onun məhkəmədə iştirakına etiraz etməsi olub.
|