Dərman içməklə ölümə yaxınlaşırıq?
İstifadə etdiyimiz dərmanların orqanizmə müsbət təsirləri ilə yanaşı, mənfi təsirləri də olduğunu yəqin ki, çoxumuz bilmirik.
Halbuki istər həkimin resepti vasitəsilə, istərsə də reseptsiz qəbul edilən dərmanların bir hissəsi “öldürücü” təsir bağışlayır. Araşdırmalar nəticəsində, məsələn, “Vioxx” adlı ağrıkəsici dərmanın ürək ağrılarına, iflicə, hətta infarkta səbəb olması məlum olmuşdur. Ona görə də bu dərman üzərində qadağa qoyulmuşdur. Bundan başqa, təzyiq dərmanı kimi istifadə edilən “Posicor” adlı dərmanın da həyat üçün təhlükəli olduğu isbatlanmışdır.
|