«W trio» qrupunun onun sayəsində peşəkar səhnəyə gəldiyini iddia edən Əməkdar artist Aygün Kazımovanın fikri ilə qrupun keçmiz üzvləri razılaşmırlar. Artıq KİV-də mövzu ilə bağlı Natəvan Həbibinin fikirləri yer alıb. Qrupun daha bir üzvü Elnarə isə bunlari deyir.
«Rəfiqələrimdən fərqli olaraq, mənim Aygün Kazımova ilə münasibətim normaldır. Efirdə Natəvana dəstək olmağım da normal qəbul olunmalıdır. Çünki bu, mənim azad fikrim olub».
Mövzuya gəlincə, qrupun yetişməsində və peşəkar səhnəyə çıxmasında o, Vaqif Gərayzadənin xidmətlərini xüsusi vurğulayıb. Daha sonra müğənni deyib:
«Şəxsən mən Aygün xanıma əcnəbi dildə mahnı oxumaqda yardım etmişəm. Birlikdə ingilis və portuqal mahnıları öyrənmişik. Bizim cəbhə bölgələrində birgə konsertlər verməyimizin təşəbbüskarı həyat yoldaşım olub. Həmin konsertlərə görə, biz diplom və mükafatlara layiq görülmüşük. Aygün xanımın da mənə çox köməyi dəyib».
|