Amber turnirində 4-cü turun görüşləri bu gün keçiriləcək və həmyerlimizin bu turda rəqibi bolqar Veselin Topalov olacaq
Fransanın Nitsa şəhərində keçirilən şahmat superturnirində Şəhriyar Məmmədyarov ilk qələbəsini qazanıb. Qrossmeysterimiz Amber turnirinin 3-cü turunda rusiyalı Vladimir Kramniki məğlub edib. Gözübağlı partiyada Şəhriyar Kramniklə bərabərə oynayan həmyerlimiz rapid yarışında rəqibini qara fiqurlarla məğlub edib. Boris Helfand erməni Levon Aronyandan üstün olub. Macar Petr Leko ilə yanaşı, hollandiyalı Lyuk Van Veli də turu qələbə ilə başa vurub. Hindistanlı Vaişvanatan Anandla turnirin digər iddialısı Maqnus Karlsendə xal bölgüsünə üstünlük verib. 3 turdan sonra ümumi hesabda 3 xalı olan Şəhriyar 7-ci pillədə qərarlaşıb. Gözübağlı partiyaların nəticəsinə görə isə həmyerlimiz 1,5 xalla 4-cüdür. Rapid turnirində də Məmmədyarov eyni miqdarda xal toplayıb. Amma, bu xal qrossmeysterimizə yalnız 9-cu olmaq imkanı verib. Amber turnirində 4-cü turun görüşləri bu gün keçiriləcək. Şəhriyar Məmmədyarovun bu turda rəqibi bolqar Veselin Topalov olacaq
|