“Demyanenko uğursuzluğa görə həmişə özünü günahkar sayırdı” “Anatoli Demyanenkoya çox böyük hörmətlə yanaşıram”. Bu sözləri Kiyev “Dinamo”sunun sabiq hücumçusu Sergey Rebrov deyib. Az öncə Rusiyanın “Rubin” klubuna keçən ukraynalı futbolçunun sözlərinə görə, hazırda Bakının “Neftçi” klubunu çalışdıran Anatoli Demyanenko həqiqətən də alicənab insandır. A.Demyanenkonun “Dinamo”dakı fəaliyyətindən danışan S.Rebrov 49 yaşlı mütəxəssisin daim yetirmələri ilə təmkinli davranmağa çalışdığını vurğulayıb: “Demyanenkoda nəsə alınırdı, nəsə yox. Amma uğursuzluğa görə həmişə özünü günahkar sayırdı. Buna görə də Anatoli Vasilyeviçə çox böyük hörmətim var. Hətta komandanın işləri alınmasa belə, o, oyunçularla təmkinli davranmağa çalışırdı”. Qeyd edək ki, A.Demyanenko “Dinamo”nun baş məşqçisi postundan 2007-ci il sentyabrın 20-də ayrılıb. Sevdimali_Pervin.
|