Yunanıstana qaçarkən Öcalana tərcüməçilik edən “Rozerin” ləqəbli Ayfer Kaya Almaniyada saxlanılıb.
İctimaiyyət arasında Abdullah Öcalanın “sevgilisi” olaraq tanınan və Yunanıstana qaçarkən Öcalana tərcüməçilik edən “Rozerin” ləqəbli Ayfer Kaya Almaniyada yaxalanaraq saxlanılıb. CNNtürk-ün məlumatına görə, PKK terror təşkilatı üzvü olan Ayfer Kaya bir az əvvəl İtaliya-Avstriya ərazisindən istifadə edərək Almaniyaya keçib. Son zamanlar terror təşkilatının üzvlərini və dərnəklərini yaxından izləyən Almaniya hüquq muhafizə orqanları isə Kayayı Bavyerada ələ keçiriblər. Hazırda Ayfer Kaya Münih qadınlar həbsxanasında saxlanılır. İnterpol tərəfindən axtarışda olan Ayfer Kayanın Türkiyəyə ekstradisiya ediləcəyi gözlənilir.
Xatırladaq ki, Öcalan Keniyada yaxalanandan sonra A. Kaya külli miqdarda pulla aradan çıxmışdı.
|