Müğenninin nişanlısı onu şou-biznesden uzaqlaşdırır
Son zamanların qalmaqal qəhrəmanına çevrilən müğənni Natəvan Həbibi nişanlanıb. Daha dəqiq söyləsək, onun “hə”si verilib, rəsmi nişan mərasimi isə hələ baş tutmayıb. Müğənninin nişanlısının adı Ruslandır. Natəvanın toyu gələn ilin fevralında baş tutacaq. Evli xanım olandan sonra Natəvanın toylarda və şou-proqramlarda çıxış etməyəcəyinə baxmayaraq o, tamimilə sənətdən getməyəcək. Sadəcə, bir kənara çəkilib öz işi ilə məşğul olacaq - təzə mahnılar oxuyacaq, kliplər çəkdirəcək: “Ruslan mənim sənətimə qarşı deyil, müğənnilik fəaliyyətimi davam etdirəcəyəm. Amma evləndikdən sonra şou-proqramlarda və toylarda çıxış etməyəcəyəm, ancaq telekanallara çıxacağam. Kliplərimi isə nişanlım maliyyələşdirəcək”. Maraqlıdır, görəsən, Natəvan Həbibi nişanlısı ilə harada tanış olub? Natəvanın sözlərinə görə, onlar tədbirlərin birində rastlaşıb və tanış olublar. Ruslan onu tanımayıb, yəni müğənni olduğunu bilməyib. Baxmayaraq ki, Natəvan “W trio”nun tərkibində populyar idi: “Əvvəllər ondan elə də xoşum gəlmirdi. Sonralar onunla dost olduq. Nə vaxtsa onu sevəcəyimi ağlıma belə gətirməzdim. İndi Ruslansız yaşaya bilmirəm, o mənim həyatımın mənasıdır”.
|