Nasledie” partiyası isə R. Koçaryanın ölkədə fövqəladə vəziyyətin tətbiq olunması qərarının etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edib
Ermənistan prezidenti Robert Koçaryanın ölkədə fövqəladə vəziyyətin elan edilməsi ilə əlaqədar kütləvi informasiya vasitələrinin fəaliyyətini məhdudlaşdıran qanuna dəyişikliklərlərə dair qəbul etdiyi qərar bu gündən qüvvəyə minir.
Qərara əsasən dəyişiklik çərçivəsində bu istiqamətdə tətbiq edilən bir sıra məhdudiyyətlər də ləğv edilməli idi. Lakin bu, baş verməyib. Belə ki, müstəqil və müxalifətə yaxın informasiya agentliklərinin intrnet saytları dünənə kimi yalnız Ermənistan ərazisində bağlanmışdısa, bu gündən bu saytlara giriş ümumiyyətlə qadağan edilib.
Bu gün Ermənistanın müxalifət partiyası olan “Nasledie” prezident Robert Koçaryanın martın 1-də ölkədə fövqəladə vəziyyətin tətbiq olunması qərarının etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edib. Partiya hesab edir ki, fövqəladə vəziyyətin tətbiq edilməsi demokratik instituların fəaliyyətini dayandırır. Əsas da kütləvi informasiya vasitələrinin fəaliyyətini məhdudlaşdırır. Bu isə Ermənistan qanunvericiliyinə və Avropa Komissiyasının tələblərinə ziddir
|