|
Our poll |
Forum Yenidən İstifadəyə verilsinmi ?
Tam səslər: 23
|
Cəmi online: 41 Qonaq: 41 İstifadəçi: 0
|
|
Cümə axşamı, 2025-01-16, 01.12 | |
|
Qeribler.com |
Welcome Qonaq | RSS |
Main » 2008 » Mart » 13 » ERMƏNİLƏR BİR ƏSGƏRİMİZİ ƏSİR GÖTÜRDÜ .
ERMƏNİLƏR BİR ƏSGƏRİMİZİ ƏSİR GÖTÜRDÜ . | 13.01 |
Müdafiə Nazirliyinin rəsmiləri isə hələlik “situasiya ilə tanış olmaqla” məşğuldur . “Ermənistan Silahlı Qüvvələri Azərbaycan əsgəri Yaqub Allahverdi oğlu Muxtarovu əsir götürüb”. Bu barədə APA-ya Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılov məlumat verib. O bildirib ki, artıq komissiya əsirin Azərbaycana qaytarılması istiqamətində fəaliyyətə başlayıb. Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Azərbaycan nümayəndəliyinin mətbuat xidmətindən isə bildirilib ki, onlarda bu barədə məlumat var. Əsir düşmə faktı haqqında BQXK-yə Dövlət Komissiyasından bildirilib. Qeyd olunub ki, BQXK nümayəndələri həmişə olduğu kimi bu dəfə də əsirə baş çəkəcək, onun saxlanma şəraiti və durumu ilə bağlı monitorinq aparacaq. “Hələlik bu barədə dəqiq bir söz deyə bilmərəm. Çünki situasiya ilə tam tanış deyiləm. Araşdırmaların nəticəsindən sonra konkret nəsə deyə bilərik”. Bunu isə Ermənistan KİV-nin martın 9-da Ermənistanın daha bir Azərbaycan əsgərini əsir götürməsi barədə yaydığı məlumatlarla əlaqədar APA-nın sualına cavab olaraq Müdafiə Nazirliyin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu deyib. Qeyd edək ki, Ermənistanın “Panarmenian” agentliyi bu ölkənin Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Seyran Şahsuvaryana istinadən Azərbaycan ordusunun əsgəri, 1988-ci ildə Şəki şəhərində anadan olan Yaqub Muxtarovun Tovuz rayonu istiqamətində əsir götürülməsi barədə xəbər yayıb.
|
Category: Yeni Xəbərlər |
Views: 629 |
Added by: Pervion
| Rating: 0.0/0 |
|
| |