“Azərbaycan polisi başverəcək hər hansı qanunsuz hərəkətlərin qarşısını almağa hazirdir"
“Bu ilin oktyabrında keçiriləcək prezident seçkilərində cəmiyyətimiz üçün hər hansı problem yaradan halların olacağını düşünmürəm”. Bunu jurnalistlərə açıqlamasındadaxili işlər naziri Ramil Usubov deyib. Nazir polisin qeyri-qanuni halların tez və qətiyyətlə hərcür imkanının almağa hazir olduğnunu bildirib : “Azərbaycan polisi başverəcək hər hansı qanunsuz hərəkətlərin qarşısını almağa hazirdir. Polisin gözlənilməz situasiyaların qarşısını qətiyyətlə almağa kifayət qədər imkanı, qüvvəsi və operativliyi var”.
|