02 Mart 2008 12:11 ]
Linares. Vüqar Xeyrullayev - APA-SPORT. Azərbaycan şahmatçısı Teymur Rəcəbov Moreliya-Linares turnirində ermənistanlı Levon Aronyanla heç-heçə edib. “APA-SPORT” agentliyinin məlumatına görə, ağ fiqurlarla oynayan şahmatçımız rəqibi ilə 31-ci gedişdə heç-heçəyə razılaşıb.
Superturnirin 10-cu turunda keçirilən bütün qarşılaşmalarda tərəflər xalları yarı bölüb. Liderlər Vişvanatan Anandla Maqnus Karlsen, həmçinin Aleksey Şirovla Peter Leko, Vasili İvançukla Veselin Topalov heç-heçə edib. Turnirin bitməsinə 4 tur qalmış 6,5 xal toplayan V.Anand birinci pillədə qərarlaşıb. M.Karlsenin 6, L.Aronyanın 5,5, V.Topalovun isə 5 xalı var. Həmyerlimiz V.İvançuk və A.Şirovla birlikdə 4,5 xalla 5-7-ci yerləri bölüşdürür. Sonuncu yerdə olan P.Lekonun hesabında cəmi 3,5 xal var. T.Rəcəbov 11-ci turda yarışın lideri V.Anandla qarşılaşacaq. Şahmatçımız ağ fiqurlarla mübarizə aparacaq.
|