Birləşmiş Ştatların dövlət katibinin Avropa və Avrasiya üzrə müavini Daniel Frid Serj Sarkisyana zəng edib
D.Frid Ermənistanın baş nazirinidən mövcud vəziyyəti güc tətbiq etmədən dialoq vasitəsilə həll etməyə çağırıb.
Birləşmiş Ştatların dövlət katibinin Avropa və Avrasiya üzrə müavini Daniel Frid baş nazir Serj Sarkisyanla telefon əlaqəsi saxlayaraq mövcud vəziyyətin güc tətbiq edilmədən dialoq vasitəsilə həll ediləcəyinə ümidvar olduğunu bildirib. Novosti-Armeniya agentliyinin məlumatına görə, Serj Sarkisyan hakimiyyətin zorakılığı yol verməmək və ictimai asayişi bərpa etmək üçün bütün mümkün addımları atacağını bəyan edib.
|