Birjalarda Azərbaycan nefti 101 dollar 55 sentə satılıb
Dünya bazarında qızılın unsiyasının qiyməti tarixdə ilk dəfə olaraq 978 dollara satılıb. İndi qızılın bir qramının qiyməti 31,5 dollardır.
Neftin də qiyməti indiyədək görünməyən həddə bahalaşaraq 103 dolları keçib. Azərbaycan nefti də öz rekordunu təzələyib.
Ən son məlumatlara görə birjalarda Azərbaycan nefti 101 dollar 55 sentə satılıb. Mütəxəssislərin fikrincə, neftin qiyməti yaxın vaxtlarda 120 dollara qədər artacaq. Neftin bahalaşmasına fond birjalarında aparıcı şirkətlərin səhmlərinin ucuzlaşması səbəb olub. Dolların qiyməti isə əksinə ucuzlaşıb. İndi maliyyə birjalarında 1 avro 1 dollar 52 sentə dəyişdirilir. Bütün bunların nəticəsi olaraq yaxın vaxtlarda bütün dünyada inflyasiyanın sürətlənəcəyi gözlənilir
|