Yol nəqliyyat hadisəsində Lex Kaçinski və onu müşayət edənlər xəsarət almayıblar
Polşa prezidenti avtomobil qəzasına düşüb. Məlumata görə, qəzaya səbəb mobil telefonla danışan digər maşının sürücüsünün xüsusi siqnalı maşınları görməməsi olub. Qəza nəticəsinədə prezident kortecinin bir maşını xəsarət alıb. Yol nəqliyyat hadisəsində nə prezident Lex Kaçinski, nə onu müşayət edənlər, nə də qəzaya səbəb olan sürücü xəsarət almayıb. Qeyd edək ki, Polşa prezidenti Polşada rəsmi səfərdə olan Azərbaycan prezidenti İlham Əliyevlə görüşmək üçün Qdansksa, hava limanına gedirdi.
|