Beş metr uzunluğunda sari geymiş "gəlinin" əlində hətta gül dəstəsi də vardı. Mərasim ötən cümə axşamı Orissa ştatındakı Ğantesvara kəndində keçirilib. Qonaqlara düyü, mərci, tərəvəz, balıq və şirniyyat təklif olunub. Meymunlar hinduizmdə müqəddəs sayılırlar. Bu meymunların sahibləri onları ailə üzvlər saydıqlarından, evləndirmək qərarına gəliblər. 3 yaşlı, Manu adlı "bəyi" ayrıca olaraq, məbəddəki mərasimdən sonra çiyinlər üzərində toya gətiriblər. Musiqi və rəqslər ifa edilib.
Üstəlik atəşfəşanlığa da pul əsirgənməyib. Cumhuri adlı gəlini isə toya qızlar bəzəyiblər. Bəylə gəlinə hədiyyələr arasında qızıl məmulatlar da olub. Cumhurinin sahibəsi, Mamina adlı qadın deyib: "Mən sanki öz qızımı ərə verirəm. Onun daha bizimlə yaşamayacağını düşünəndə, məni ağlamaq tutur."
|