Azadlıq” qəzetinin dünənki sayında maraqlı bir xəbər yayılıb. Qəzet iddia edir ki, fövqəladə hallar naziri Kamaləddin Heydərovun oğlu Taleh Heydərov AFFA prezidenti olmağa real namizəddir. T.Heydərov hazırda güclülər dəstəsində mübarizə aparan “Qəbələ” klubunun prezidentidir.
Qeyd edək ki, AFFA-nın yeni prezidenti martın 14-də seçiləcək (təyin olunacaq da oxuya bilərsiz - red). Bu posta xeyli namizədin adı hallanır. Bir müddət əvvəl “APA-Sport” agentliyi isə AFFA-dakı mənbələrinə istinadən AFFA-nın yeni rəhbərinin ARDNŞ-in və “Neftçi”nin prezidenti Rövnəq Abdullayevin olacağı barədə məlumat yaymışdı. Onu da qeyd edək ki, Ramiz Mirzəyevin vəfatından sonra AFFA prezidentinin səlahiyyətlərini Elşad Nəsirov icra edir.
|