AFFA-nın üzvü olaraq ”Neftçi" prezident seçkisində iştirak edəcək. Klubumuz tərəfindən namizədliyi irəli sürüləcək şəxsin adı yaxın günlərdə müəyyənləşəcək". Bunu “APA-Sport” agentliyinə açıqlamasında “Neftçi” klubunun vitse-prezidenti Ramin Musayev deyib. Onun bildirdiyinə görə, hazırda namizədlərlə bağlı seçim aparılır: “AFFA baş katibliyindən bizə sənəd gəlib və martın 4-dək vaxtımız var. Bir neçə namizədimiz var, hələlik qəti qərara gəlməmişik”. R.Musayev AFFA prezidenti vəzifəsinə Rövnəq Abdullayevin namizədliyi məsələsinə də toxunub. O, “Neftçi” ilə yanaşı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə rəhbərlik edən R.Abdullayevin assosiasiyaya prezident seçiləcəyindən xəbərsiz olduğunu vurğulayıb: “Neftçi” klubu Rövnəq Abdullayevin namizədliyini irəli sürməyəcək. Ümumiyyətlə, Rövnəq müəllimin seçkidə iştirak edib-etməyəcəyini bilmirəm. Ancaq istənilən halda “Neftçi” öz namizədi ilə birgə seçkiyə qatılacaq". Qeyd edək ki, AFFA-nın yeni prezidenti martın 14-də müəyyənləşəcək. Sevdimali_Pervin 24.02.2008
|