Müğənni İlhamə Quliyevanın səhhətində problemlər yaranması ilə bağlı dünəndən etibarən xəbərlər yayılıb.
Məlumatda bildirilir ki, fevralın 22-də günorta özünü yaxşı hiss etmədiyinə görə ona təcili tibbi yardım göstərilib. Müğənninin elə həmin gün Mərkəzi Kliniki Xəstəxanada həkim müayinəsindən keçdiyi söylənilir. İ.Quliyevanın mobil telefonuna cavab verən bacısı oğlu Cavid Zeynalov isə xəbəri nə təsdiq, nə də təkzib edib. C.Zeynalovun “ANS-press”ə verdiyi məlumata görə, İlhamə xanım hazırda şəhərdən kənarda istirahət edir: “Dörd-beş günə Bakıya qayıdacaq. O zaman sizi maraqlandıran sualların cavabını özü verəcək”.
|