Azərbaycan torpaqlarının işğalı ATƏT-in Parlament Assambleyasının qış sessiyasında müzakirə edilib.
Vyanada ATƏT-in Parlament Assambleyasının qış sessiyasında çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvü Eldar İbrahimov əsas diqqəti Azərbaycan torpaqlarının 20 faizinin Ermənistanın işğalı altında olmasına yönəldib. O həmin nəzarətsiz zonanın terror yuvasına çevrildiyini, orada insan, silah alveri, terrorçuların hazırlanması və digər bu kimi qeyri-qanuni aktların baş verdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, sessiyada Bernard Snounun məruzəsi dinlənilib. Azərbaycanlı nümayəndə heyəti Ermənistan AES-nin qalıqlarını işğal altındakı torpaqlarda basdırılması, torpaqlaparın yandırılması, Araz çayının çirklənməsi məsələsindən bəhs edilib.
|