|
Our poll |
Forum Yenidən İstifadəyə verilsinmi ?
Tam səslər: 23
|
Cəmi online: 6 Qonaq: 6 İstifadəçi: 0
|
|
Cümə axşamı, 2025-01-16, 01.35 | |
|
Qeribler.com |
Welcome Qonaq | RSS |
Main » 2008 » Fevral » 23 » ABŞ-ın SERBİYADAKI SEFİRLİYİNİN BİNASI YANDIRILIB
ABŞ-ın SERBİYADAKI SEFİRLİYİNİN BİNASI YANDIRILIB | 04.58 |
Fevralın 21-də Belqradda “Kosovo Serbiyadır” şüarı altında keçirilən izdihamlı mitinqdən sonra bəzi serb millətçiləri ABŞ səfirliyinin binasına hücum ediblər
Bir qrup gənc səfirliyə daxil olaraq binanı yandırıb. Hadisə zamanı içəridə heç kim olmayıb və bina mühafizə edilməyib. Nümayişçilər içəridəki stulları və kağızları pəncərələrdən çölə atıblar. Basqınçılardan biri binanın üzərindəki ABŞ bayrağını çıxararaq cırıb və onun yerinə Serbiya bayrağı asıb. Hadisədən sonra polis içəridə yanmış cəsəd tapıb. Cəsədin binada yanğın törədənlərdən biri olduğu güman edilir. ABŞ Dövlət Departamenti faktla bağlı Serbiyaya rəsmi etiraz notası göndərib. Dövlət Departamentinin nümayəndəsi Şon Makkormak situasiyanı yolverilməz adlandırıb və Serbiyanın baş naziri Voislav Koştunitsanı zorakılıqla mübarizəyə çağırıb. O, Serbiya hökumətini ABŞ səfirliyinin binasını lazımınca mühafizə etməməkdə suçlayıb. BMT Təhlükəsizlik Şurası, Avropa Birliyinin ümumi xarici və təhlükəsizlik siyasəti üzrə komissarı Havyer Solana da olayı pisləyən bəyanat vertiblər. Qeyd edək ki, azğınlaşmış kütlə Kosovonun müstəqilliyini tanımış Kanadanın, Böyük Britaniyanın, Türkiyənin və Xorvatiyanın Belqraddakı səfirliklərinə də hücum edib.
|
Category: Ordan-burdan |
Views: 745 |
Added by: SultanSS
| Rating: 0.0/0 |
|
| |