Ermənistan Avropaya ixrac etdiyi çaxır və konyaka işğal olunmuş ərazilərin adını verir
Kənd Təsərrüfatı Nazirliyi faktla bağlı Xarici İşlər Nazirliyinə müraciət etməyə qərar verib
Ermənilər işğal etdikləri Azərbaycan ərazilərinin adı ilə bağlı çaxır istehsal edərək, Avropa ölkələrinə satır. Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Əhliman Nəsirovun sözlərinə görə, «Şuşa» adlı çaxırın Dağlıq Qarabağda yetişən nar meyvəsindən hazırlandığı qeyd olunub. O, bildirib ki, beynəlxalq qaydaya uyğun olaraq alkoqollu içkilər bir ölkədən idxal olunan zaman bu malların üzərinə aksiz marka vurulmalıdır. Azərbaycan tərəfi də bunun qarşısı almaq üçün bütün mümkün addımlara əl atacaq. Kənd Təsərrüfatı Nazirliyi faktla bağlı Xarici İşlər Nazirliyinə müraciət etməyə qərar verib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Xəzər İbrahim isə bütün məlumatlar nazirliyə təqdim olunduqdan sonra lazımi addımlar atılacağını deyib. Gömrük komitəsinin sədri Aydın Əliyev isə bildirib ki, ermənilərin istehsal etdiyi məhsullar nəinki, Avropaya hətta Azərbaycana da yol tapır. O Ermənistan istehsalı olan bəzi məhsulların Azərbaycan bazarına daxil olmasının tək ticari deyil, siyasi məqsədləri olduğunu deyib. Aydın Əliyevin sözlərinə görə, bu məhsullar aşkarlandıqdan dərhal sonra məhv edilir
|