1953-cu il İyun ayının 23-də Pakistanın Karaçi şəhərində anadan olub. Atası Pakistanın keçmiş baş naziri olan Zülfiqar Əli Bhuttodur. Anası, İran Kürdlərindən Begüm Nusret Buttodur. Ata babası isə Cənab Şah Navaz Bhuttodur.[1] Şiə məzhəbinə mənsubdur.
Bənazir Bhutto, 15 yaşında Karaçi şəhərindəki orta məktəbdən məzun olub. İngiltərə-nin Harvard ve Oksford universitetlərində təhsil alıb. 1973-cü ildə Harvard Universitetində lisenziya təhsilini alıp. 1977-ci ildə isə Oksford Universitetində Fəlsəfə, Politologiya, İqtisadiyyat, Beynəlxalq Hüquq və Əlaqələr üzrə baş lisenziya təhsilini almışdır.[2]
18 İyul 1985-ci ildə, 27 yaşında olan qardaşı Şaxnavaz Bhutto Fransada həddindən çox dərman alaraq həyatını itirib. 18 Dekabr 1987-ci ildə Asif Əli Zardari ilə Karaçidə evlənmiş və ondan üç övladı olmuşdur. Bunlar; Bilaval, Baxtvar və Aseefadır. 20 Sentyabr 1996-cı ildə isə digər bir qardaşı olan Murtaza Bhutto öldürülüb.
27 Dekabr 2007-ci ildə, 54 yaşındaykən Pakistanın Ravalpindi şəhərində seçki mitingindən çıxışında sui-qəsdə qurban getdi. Butto'nun ölümündən sonra, baş nazir Perviz Müşərrəf, ölkədə üç günlük yas elan etdi.
Benazir Bhutto 1988-ci ildə qələbə qazanarkən
8 Yanvar 2008-ci ildəki Pakistan Ümumi Seçkiləri əvvəlində baş verən bu hadisədən sonra ölkə demokratiyanın gələcəyi mövzusunda narahatlıq keçirmişdir.[3]
|