|
Our poll |
Forum Yenidən İstifadəyə verilsinmi ?
Tam səslər: 23
|
Cəmi online: 15 Qonaq: 15 İstifadəçi: 0
|
|
Cümə axşamı, 2025-01-16, 01.40 | |
|
Qeribler.com |
Welcome Qonaq | RSS |
Main » 2008 » Fevral » 22 » BAKI SAKİNİ ÖZÜ-ÖZÜNÜ “OĞURLADI”
BAKI SAKİNİ ÖZÜ-ÖZÜNÜ “OĞURLADI” | 02.12 |
Polis valideynlərindən 100 min dollar qoparmaq istəyən fırıldaqçını yaxaladı
“Xətai rayonu, Nəsirəddin Tusi küçəsində yaşayan Rasim Novruz oğlu Elçiyevin oğurlanaraq 100 min dollar əvəzində buraxılmasının tələb edilməsi ilə bağlı bəzi KİV-də yayılan məlumatlar həqiqətəuyğun deyil”. DİN mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlov R.Elçiyevin oğurlanması ilə bağlı yayılmış məlumatları “Turan”a bu sözlərlə təkzib edib. Onun sözlərinə görə, fevralın 12-də saat 22:30 radələrində DİN-in növbətçi hissəsinə guya R.Elçiyevin oğurlanması və buraxılması müqabilində 60 min dollar tələb olunması ilə bağlı valideynlərinə mesaj göndərilməsi barədə məlumat daxil olub. “Hüquq-mühafizə orqanlarının birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Elçiyevə məxsus mobil telefondan ailə üzvlərinə oğurlandığı və 60 min dollar müqabilində buraxılacağı ilə bağlı hədə mesajının göndərildiyi müəyyən edilib. Əməliyyat tədbirləri nəticəsində “Arzu” şadlıq sarayında videoperator işləyən Rasim Elçiyevin müəyyən şəxslərə külli miqdarda borclu olduğu da müəyyənləşib. Məlum olub ki, o, borcu qaytara bilmədiyindən belə fırıldağa əl atıb”. Faktla bağlı cinayət işi başlanıb və R.Elçiyev polis tərəfindən saxlanıb.
|
Category: Ordan-burdan |
Views: 581 |
Added by: SultanSS
| Rating: 0.0/0 |
|
| |