İraqın xarici işlər naziri körpülərdən üçünün nəqliyyatın hərəkəti üçün yararlı olduğunu bildrib.
Bu gün türk əsgərləri İraqda məskunlaşan PKK terrorçularına qarşı quru əməliyyatları çərçivəsində növbəti əməliyyat keçirib. Əməliyyat nəticəsində sərhəddə yerləşən Avaşin çayının üzərindəki beş körpü partladıblar. İraqın xarici işlər naziri Xoşyar Zəbari bildrib ki, körpülərdən üçü nəqliyyatın hərəkəti üçün yararlı olub, digər ikisindən isə ancaq piyadalar istifadə edib.
Türkiyə tərəfi hər hansı itiki barədə məlumat verməyib. Qarşı tərəf isə iki türk əsgərinin şəhid olduğunu və 8 əsgərin isə yaralandığını bildirib.
|