Xatırladaq ki, son zamanlar Əfqanıstanda xidmət edən ABŞ hərbçilərinin islam dinini qəbul etməsi halları tez tez müşahidə olunur
Türkiyənin "haber10" informasiya agentliyinin yaydığı məlumata görə, Əfqanıstanın Pakistan yaxınlığındakı sərhədlərdə yerləşən Kunar əyalətində, Amerikalı 31 yaşlı əsgər Volles Nelson tərcüməçiləri və sadə əfqanlılarla söhbətlərdən sonra islam dinini qəbul etmişdir. Təşkil edilmiş mərasimdə çıxış edən Volles Nelson "mənim üçün ən yaxşı başadüşülən din islamdır" deyə qeyd etmişdir. Hərbçi, Frans Press agentliyinə telefonla müsahibəsində, "müharibənin tez bir zamanda dayandırılmasını, birlikdə yaşamağı və xöşbəxt olmağı istəyirəm" deyə bildirmişdir. Amerikalı əsgərin islamı qəbul etdiyi üçün təşkil edilən mərasimə Əfqanıstanın bölgə komandirilə yanaşı yerli qəbilə liderləri də qatılmışdır.
|