Türkiyənin xarici işlər naziri Əli Babacan İraqın şimalında gizlənmiş PKK terrorçularına qarşı quru əməliyyatının keçirilməsinin mümkün olduğunu bildirib.
APA-nın Türkiyə bürosunun xəbərinə görə, Rusiyaya rəsmi səfərə yola düşən Ə. Babacan təyyarədə jurnalistlərə açıqlamasında terrorçulara qarşı hərbi əməliyyatların davam edəcəyini deyib. O, Türkiyə ordusunun İraqın şimalında əməliyyat keçirməsi variantının gündəmdə olduğunu söyləyib: "Quru əməliyyatı bir variant kimi ortadadır. Amma bunun vaxtı önəmlidir. Mövsümə, vəziyyətə əsasən qərar veriləcək". Nazir Türkiyənin İraqın şimalındakı kürd idarəçiliyinin başçısı Məsud Bərzani ilə əməkdaşlıq üçün irəli sürdüyü əsas şərti də açıqlayıb: "Bərzani PKK-nı terror təşkilatı kimi tanımalı, inam yaradan konkret addımlar atmalıdır".
|