Görüş həyəcanı
Viktoriya Bekhem Nyu-Yorkda təşkil edilmiş moda həftəsində yeni modellərlə tanış olduğu zaman ölkənin o biri başında - Hollivudda onun həyat yoldaşı Devid Bekhem qızlarla tanış olurdu. Hadisə "Qremmi" musiqi mükafatının təqdimetmə mərasimi zamanı baş verib. Bekhemi prodüser Jermen Düpri "Central" klubuna dəvət edib. Ulduz futbolçu gecə saat 1 radələrində kluba təşrif buyurub. Hadisə qonaqlar arasında böyük qalmaqal yaradıb. Xüsusən də qadınlar ənənəvi davranışlarını unudublar. Bir gənc fanat futbolçuya yaxınlaşaraq onunla tanış olmaq istəyini bildirib. İngiltərəli bu istəyə rəğmən qızın yanağından öpüb. Amma Bekhemin bu hərəkəti əks reaksiya doğurub. Qız dərhal huşunu itirərək döşəməyə sərilib. Baş verənlər məşhur qonağa elə də ciddi təsir göstərməyib. O, sadəcə, qıza yardım göstərməyə cəhd edənlərə "ona bir qədər su verin, narahat olmayın, bir azdan özünə gələcək" deyib.
|