Şakiranın büstqalteri 3 min dollara satılıb
Bir musiqi fanatı Şakiranın büstqalteri üçün 3 min dollar ödəyib. Satışdan alınan mənfəət pop ulduzunun yaratdığı uşaq xeyriyyə təşkilatına veriləcək.
Ulduz Yalın Ayaqlar fondu üçün özünün digər geyim əşyalarını da hərraca çıxarıb və artıq 60 min dollardan çox vəsait əldə edib.
Pərəstişkarlarından biri müğənni ilə şəxsi görüş üçün 14 min dollar ödəyib.
Hazırda xeyriyyə təşkilatı Şakiranın vətəni Kolumbiyada yoxsul uşaqlar üçün məktəb tikir.
|