Hava şəraitinin pis olması texnika və dalğıcların işini çətinləşdirib
Yanvarın 29-da təlim uçuşları zamanı Xəzər dənizi üzərində qəzaya uğramış MİQ-29 təyyarəsinin ötən gün aşkar olunmuş qalıqlarının və pilotlardan birinin cəsədinin çıxarılması davam edir. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hava şəraitinin pis olması texnika və dalğıcların işini çətinləşdirib. Buna baxmayaraq tapılmış fraqmentlərin çıxarılması və digər pilotun cəsədinin axtarışları da davam etdirilir.
Qeyd edək ki, təyyarənin qalıqları və pilotlardan birinin cəsədi sahildən 6 kilometr aralıda, suyun 15-17 metr dərinliyində tapılıb. Dalğıclar ərazidə sualtı çəkiliş aparıblar
|