|
Our poll |
Forum Yenidən İstifadəyə verilsinmi ?
Tam səslər: 23
|
Cəmi online: 56 Qonaq: 56 İstifadəçi: 0
|
|
Cümə axşamı, 2025-01-16, 00.57 | |
|
Qeribler.com |
Welcome Qonaq | RSS |
Main » 2008 » Fevral » 16 » MASIN BENZIN ISLETMEDEN 33 MIN KM YOL GEDIB
MASIN BENZIN ISLETMEDEN 33 MIN KM YOL GEDIB | 20.49 |
İki amerikalı gənc yanğınsöndürən maşınlarına benzin tökmədən 33 600 km məsafə qət ediblər. Alyaskadan yola çıxan Set Varen və Tiler Bred 9 aydan sonra Cənubi Amerikanın (Çilinin) ən ucqar nöqtəsinə çatıblar. Macəraçılar səfər zamanı yanacaq kimi bitki və heyvan yağlarından istifadə ediblər. Varen və Bred Yaponiyadan 1987-ci ildə istehsal olunmuş yanğınsöndürən maşını internet vasitəsilə aldıqdan sonra mühərrikini bitki və heyvan yağı ilə işləyə biləcək hala gətiriblər. Səfər zamanı onlar müxtəlif ölkələrdə yağ almaqla məşğul olublar. Maşına Alyaskada balıq, Meksikada donuz yağı tökülüb. Kolumbiyada isə gənclər ən münasib yağı tapıblar. Onlar çoxlu miqdarda palma yağı alaraq yollarına davam ediblər. Varrenin sözlərinə görə, yağın iyi onları tez acmağa vadar edirmiş. Macəraçılar səfər zamanı 20 yerdə dayanaraq insanlara yeni yanacağın özəlliklərilə bağlı məlumat veriblər. Qeyd edək ki, 2004-cü ildə Nyu-Cersi ştatında tələbələr bitki yağı ilə işləyən «Vegginator» adlı maşın hazırladıqlarına görə mükafatlandırılıblar.
|
Category: Ordan-burdan |
Views: 800 |
Added by: NEON
| Rating: 0.0/0 |
|
| |