KOSMOSDA RADÝASÝYADAN MÜDAFÝƏ OLUNMAQ ÜÇÜN QALXAN QURAÞDIRILACAQ
Plazmadan ibarət qalxan ziyanlý maddələrdən müdafiə olunmaða imkan yaradacaq
Britaniyalý alimlər bilmək istəyirlər ki, görəsən, bununla astronavtlarý radiasiyadan qorumaq mümkündür ya yox.
Onlar iddia edirlər ki, kosmik gəmilərin kənarýnda maqnitli qalxanlar quraþdýrmaq olar ki, bununla ziyanlý enerji hissəciklərindən müdafiə olunmaq mümkün olsun.
Bəzi ölkələrin kosmik agentlikləri Günəþ Sistemində kəþfiyyat iþlərini bərpa etmək niyyətində olduqlarýný elan ediblər.
Alimlər Yeri qoruyan maqnit səthinə bənzər sistem yaratmaða ümid edirlər.
Son təfərrüatlar Britaniyanýn Kral Mill Astronomiya Cəmiyyətinin toplantýsýnda açýqlanýb.
Gələcəkdə kosmosda kəþfiyyat iþləri aparmaq təhlükəli ola bilər.
Çünki Yerin qoruyucu maqnit səthindən kənarda iþləyən astronavtlar kosmik þüalar nəticəsində xərçəngə gətirən radiasiya ilə üzləþə bilərlər.
Yerin maqnit səthi kosmosdan gələn bir çox enerji hissəciklərini geri itələmək qabiliyyətinə malikdir. Baþqa hissəciklər isə atmosfer tərəfindən udulur.
1968 ilə 1973-cü illər arasýnda Apollo kosmik gəmisinin astronavtlarý fəzada hər dəfə yalnýz 10 dəqiqə qalýblar.
Onlarýn bəxti gətirib ki, açýq fəzada olduqlarý zaman günəþdən gələn güclü radiasiya ilə üzləþməyiblər.
Beynəlxalq Kosmik Stansiyanýn üzvləri günəþ radiasiyasýnýn artdýðý anlarda qalýn divarlarý olan otaqlarda daldalana bilərlər.
Sabit qalxan
Amma bu qoruyucu qalxanlar uzun müddətli kosmik səyahətlər zamaný əlveriþli deyil.
Günəþdən gələn təhlükəli hissəciklər günəþ küləyi adlanan formada olur.
Kosmik gəmi və ya planet ətrafýnda qoruyucu qalxan yaratmaq üçün alimlər əvvəlcə maqnit səthini əldə etməli, sonra isə onu plazma adlanan ionlaþdýrýlmýþ qazla doldurmalýdýrlar.
Plazmanýn sabitliyini maqnitli səth təmin etməlidir. Çünki bu səth olmadan plazma yerindən tərpənə bilər.
Enerji hissəcikləri plazma ilə əlaqədə olur və nəticədə bu enerji axýný yavaþýyýr.
|