Sinqapurlu yeddi yaşlı istedadlı oğlan universitetə qəbul olmağa hazırlaşır. Aynan Seleste Koleyanın valideynləri artıq oğullarını tələbə siyahısına salmaq istəyən universitet axtarmağa başlayıblar. Balaca dahi kimyaçı olmaq istəyir. Bunun üçün o, növbəti ilin əvvəlindən kimya üzrə buraxılış imtahanlarını verməlidir. Amma o, hələ ki, ibtidai məktəbdə oxuyur. Məktəbdən əlavə Aynan həmçinin evdə də təhsil alır və Nanyansk texnoloji universitetində (NTU) kurslara gedir. Valideynləri uşaqlarını tezliklə universitetə göndərmək istəyirlər. Belə ki, onlar oğullarının elmə həvəsinin sönəcəyindən qorxurlar.
Ata və ana oğullarının kimya ilə yanaşı fizika, biologiya və nanotexnologiya kimi fənnləri də öyrənməsinə ümid edirlər. Valideynlərin sözlərinə görə, Aynan 6 aylığında gəzməyə başlayıb. 1 yaşı olanda isə böyüklərlə fəlsəfi söhbətlər apara bilib. 3 yaşında o, artıq çətin çoxbucaqlı obyektlərin şəklini çəkib, həmin obyektlərdən bəzilərinin yüzlərlə dərəcəsi olub. Altı yaşında isə Aynan fortepiano üçün müsiqi bəstələməyə başlayı
|