«SINAM» şirkətindən verilən məlumata görə, artıq «Microsoft Windows Vista» və «Microsoft Office 2007» interfeyslərinin Azərbaycan dilinə tərcüməsi başa çatdırılmış və onların terminoloji lüğəti (qlossarisi) tərtib edilmişdir.
Şirkətdən bildirildiyinə görə: «Hal-hazırda «Microsoft Windows Vista» və «Microsoft Office 2007» interfeyslərinin tərcümə olunmuş variantlarının və identifikasiyalarının «Microsoft» şirkətinin baş ofisi ilə razılaşdırılması işləri aparılır». Planlaşdırıldığına görə, bu işlər cari ilin yaz aylarının sonuna və yaxud da yayın əvvəlləri üçün bitməlidirlər.
Qeyd etmək lazımdır ki, «Microsoft Windows Vista» və «Microsoft Office 2007» interfeyslərinin Azərbaycan dilinə lokallaşdırılması və uyğunlaşdırılması üzrə işlər 2006-cı ilin noyabr ayında başlanmışdı. Və bu əməliyyat «Microsoft» korporasiyası ilə onun Azərbaycandakı rəsmi partnyoru – «SINAM» şirkəti arasında bağlanmış razılaşma çərçivəsində həyata keçirilirdi.
|